Ramazan aynın tarixçəsi və əhəmiyyəti

Ramazan aynın tarixçəsi və əhəmiyyəti
Qadın və Din
10.09.2017 8
Orucluğun tarixi çox qədimdir. Hələ qədim ümmətlər öz al­lah­ları naminə oruc tuturdular. Ramazan ayında oruc tutul­ma­sı isə müsəlmanlara hicrətin ikinci ili (622-ci il) vacib edilib. Qa­lan aylarda isə oruc tutmaq müstəhəbdir. Ramazan ayı insan­la­ra Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə və dö­züm­lülüyünü yoxlamaq, mənəvi saflaşma imkanı verir.
Oruc tutmaq Allah yanında ən sevimli və böyük savaba ma­lik ibadətlərdəndir. Belə ki, Allah-taala bir çox ibadət üçün mü­ka­fat təyin etsə də, orucun savabını müəyyənləşdirmədən öz öh­də­sinə almışdır.
Orucun mahiyyəti barədə bunu demək yetərlidir ki, oruc insanı Rəbbinə yaxınlaşdıran ən gözəl vasitədir. Belə ki, oruc tu­tan insan mənəvi atmosferə düşür, maddiyyatdan az da olsa uzaq­laşır, daha çox mənəviyyata üstünlük verir. Sanki təkcə bə­dən­dən ibarət olmadığını anlayır. Buna ən bariz nümunə şam na­ma­zına sayılı dəqiqələr qalan vaxt, yaxud şam namazı vaxtı­dır. Belə ki, şam namazını qılıb iftar etdiyiniz vaxtla iftar edib na­maz qıldığınız vaxtı müqayisə edin. Sözsüz ki, ac qarına Alla­ha ibadət etmək, şam namazını qılmaq insana xüsusi mənəvi həzz verir, hətta gözlər dolur. Amma tox qarınla şam namazı qıl­maq sanki bir dağı yerindən tərpətməyə bərabər olur. Odur ki, oruc sayəsində insan ibadətdən, duadan daha çox mənəvi həzz ala bilir.
Bildiyimiz kimi İslam dini insanların doğru yola hidayəti və kamilliyə çatması üçün gəlmişdir. İslamda insanı kamala çat­dı­ran yollardan biri də mübarək Ramazan ayının orucudur. Odur ki, hər bir sağlam düşüncəli insan bu imkandan lazımınca yarar­lan­malıdır.
İslam nöqteyi-nəzərindən Ramazan ayı ən müqəddəs ay he­sab edilir. Onu həm də "on bir ayın sultanı" adlandırırlar. Ra­ma­zan ayının müqəddəs və əhəmiyyətli olmasının digər bir sə­bə­bi bu ayda gerçəkləşən mühüm hadisədir. Belə ki, müqəddəs sə­mavi kitabımız olan Qurani-kərim birbaşa olaraq Pey­ğəm­bərin — qəlbinə məhz bu ayın gecələrindən birin­də nazil olmuşdur. Həmin gecəyə “Qədr” gecəsi deyilir.
Ramazan ayı ilahi ziyafət ayıdır. Bu ayda insanlar Pey­ğəm­bər — vasitəsilə ilahi qonaqlığa dəvət olunurlar. Qo­naq­ları qəbul edənsə süfrə sahibi Allahın özüdür. Bu dəvət o qə­dər əhəmiyyətlidir ki, mənəvi həzz almaq üçün bu ayda oruc tut­maq bütün insanlara vacib edilmişdir. Bir işin vacibliyi də onun əhə­miyyətinin göstəricisidir. Əslində oruc tutan bu əməllə özü­nü ilahi əxlaqla zinətləndirir.
Eyni zamanda oruc olduqca dəyərli və mühüm bir ibadətdir. Onun göstəriş və şərtlərinə riayət edildiyi təqdirdə, insan ruhunun çir­kinliklərdən təmizlənməsində, ruhun təkamülü, insani key­fiy­yət­lərlə zinətləndirilməsində və ilahi rəngə boyanmasında əsaslı rol oynayır. Oruc tutan şəxs günahları tərk etməklə nəfsini cilov­la­yıb nəzarət altına alır və həddini aşmasına imkan vermir. Rama­zan ayında oruc tutanların günahı tərk etməsi və bəzi ləzzətlərdən im­tinası, nəfslə mübarizədə ideal vasitədir.
Mübarək Ramazan ayında oruca dair məsələlərə tam riayət edib oruc tutmaq, ilin gələn aylarında da qazanılan mənəvi ab-havanı qoruyub saxlamaq, hətta təkmilləşdirmək imkanı verir. Bu mə­na­da ki, bir ay oruc tutan şəxs üçün gələn ayları da oruc tutmaq və ya Allahın göstərişlərinə əməl etmək asanlaşır.
ORUCUN FƏLSƏFƏSİ
İlk növbədə qeyd etmək lazımdır ki, orucun tam fəlsəfəsi Al­la­ha bəllidir və biz yalnız mövzunun məlum tərəflərinə aydın­lıq gətiririk. Orucun vacib olmasının bir hikməti acların və yox­sul­ların çəkdiyi məşəqqətin oruc tutana bəlli olmasıdır. Rama­zan ayında Allaha həqiqi iman gətirmiş insan oruc tutmaqla aclı­ğın çətinliyini hiss edir, acların çəkdikləri məşəqqətdən xə­bər­dar olur. Bu məşəqqətləri dərk etməklə onun qəlbində yox­sul­lara qarşı riqqət yaranır. Nəticədə onlara yaxşılıq etmək fik­ri­nə düşür. Bəziləri Ramazan ayının orucunu tutanda məqsədi arıq­lamaq olduğundan, əslində oruca ilahi bir vəzifə kimi bax­mır. Onlar formaya düşmək xatirinə ac qalırlar. Belə insan­la­rın Ramazanın mənəvi faydalarından heç bir nəsibi yox­dur, çün­ki onların ac qalmaları Allaha xatir olmadığı üçün ilahi sava­ba layiq deyillər. Bəziləri Ramazanın səhərlərində doyunca qa­rın­larını doldururlar ki, axşam iftarına qədər aclıq hiss etmə­sin­lər. Belələri orucun fəlsəfəsini hələ də anlamayıblar. Oruc tutan əs­lin­də aclıq və susuzluğun acısını dadmalıdır. Hünər odur ki, in­sa­nın hər cür ləzzətli yeməklərə əl atmağa qüdrəti olduğu hal­da Allaha görə onlardan əlini çəksin.
Hədislərdə də orucun fəlsəfəsinə işarə edilmişdir, onlar­dan bir neçəsini diqqətinizə çatdırırıq:
Əmirəl-möminin İmam Əli ◊ buyurur: “Allah-taala oru­cu insanların imanlarının sınağı üçün vacib etmişdir.”1
İmam Cəfər Sadiq ◊ buyurur: “Oruc onun üçün vacib edil­mişdir ki, varlı və yoxsul bərabər olsun.”2 Çünki varlılar is­tə­diklərini çətinlik çəkmədən əldə edir və aclığın nə olduğunu tə­səv­vür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olun­ma­sı üçün oruc vacib edilmişdir.
Bu ilahi hökmün vacib olmasının səbəblərindən biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və ona möhtac ol­du­ğunu görməsidir. Orucluğun aclıq və susuzluğuna səbir edən iman sahibləri Allah rizasını qazanıb axirət dünyasının mü­ka­fatına nail olarlar. Bütün bunlarla yanaşı, möminlər oruc tut­duq­ları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tər­zi­ni özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri öz­lə­rindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar. Eyni za­man­da möminlərin çəkdikləri zəhmət və məşəqqət onları yoxsul tə­bə­qəyə maddi yardım etməyə sövq edir.”
Həzrət Əli ibn Musa Rza ◊ buyurur: “Oruc tutmağa əmr olun­muşsunuz ki, aclıq və susuzluğun acısını dərk edəsiniz və bu­nun vasitəsi ilə də axirətin (qiyamət gününün) yoxsulluğunu, ça­rəsizliyini anlayasınız.”3
MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ
Həm Quranda, həm də hədislərdə bu ayın fəzilətindən geniş bəhs olunmuşdur. Biz də bunu nəzərə alaraq, bu xüsusda Quran və hədislərdən istifadə edib həmin mübarək ayın bir sıra fəzilətini qısa şəkildə qeyd edirik.
Ramazan ayının fəzilətindən biri budur ki, müsəlmanların mü­qəddəs və səmavi kitabı, bəşəriyyətin hidayət mehvəri Qura­ni-kərim məhz bu ayda nazil olmuşdur.
شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə ay­dınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayın­da nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tut­ma­dığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah si­zin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin oru­cunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona tə­zim və şükür edəsiniz.”4
ORUC - MƏSUMLARIN (Ə) DİLİ İLƏ
Orucun fəziləti barəsində çoxlu hədislər nəql olunmuşdur. Burada onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:
İslam peyğəmbəri — buyurur: “İnsanın yerinə yetir­di­yi hər bir yaxşı və xeyir işin 10-dan 700-ə qədər savabı vardır, la­kin oruc barədə Allah-taala buyurur: “Oruc mənə aiddir və heç bir vasitə olmadan orucun savabını verirəm, ona görə ki, oruc tu­tan şəxs mənə görə öz nəfsi istəklərinə göz yumur.”5
İslam peyğəmbəri — buyurur: “Oruc cəhənnəm odun­dan qorunmaq üçün bir sipərdir.”6
İmam Əli ◊ buyurur: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu isə Allaha zikrdir. Onların duası qəbul, gördüyü əməllərin savabı isə neçə bərabərində veriləcəkdir.”7
İmam Cəfər Sadiq ◊ buyurur: “Allah-taala buyurur: “Oruc mənim üçündür və mən özüm də oruc tutanın mükafatını verə­cəyəm!”8

Seyid Azər Əhmədoğlu
1. “Qurərul-hikəm”, səh. 176, hədis 3376; “Nəhcül-bəlağə”, Sübhi Saleh, səh. 512, hikmət 252.
2. “Mən la yəhzuruhul fəqih”, c. 2, səh. 73, hədis 1766.
3. “Vəsailuş-şiə”, c. 4, səh. 4, hədis 5; “İləluş-şəraye”, səh.10.
4. “Bəqərə” surəsi, ayə 185.
5. “Fəzailul əşhuris-səlasə”, səh. 143
6. “Vəsailuş-şiə”, c. 7, səh. 289
7. “Dəəvat”, Ravəndi, səh. 27, hədis 45-46; “Biharul-ənvar”, c. 96, 30-cu bab.
8. “Vəsailuş-şiə”, c. 7, səh. 290.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!