Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi?

Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi?
Qadın və Din
10.09.2017 11
Muaz ibn Zuhrə isnad baxımından peyğəmbərə (s. a. v.) qədər çatdırdığı rəvayətində peyğəmbərin (s. a. v.) iftar etdiyi vaxt belə dediyini xəbər vermişdir:

“Ey Allahım! Sənin üçün oruc tutdum və sənin ruzinlə orucumu açıram”.1

Darəqutni və Təbəraninin Əl-Mucəmul-Kəbir əsərində İbn Abbasdan nəql etdikləri xəbər aşağıdakı kimidir:

“Rəsulullah (s. a. v.) iftar etdiyi vaxt: “Ey Allahım, sənin üçün oruc tutduq, sənin ruzinlə orucumuzu açırıq. Onu bizdən qəbul et. Sən eşidən və bilənsən”, – deyərdi.

İbnus-Sünni Muaz ibn Zuhrədən belə nəql edib:

“Rəsulullah (s. a. v.): “Allaha həmd edirəm. O mənə kömək etdi. Oruc tutdum, ruzi verdi, iftar etdim”, – deyərdi.

Abdullah ibn Əmr ibn Əl-Asdan da peyğəmbərin (s. a. v.) belə dediyi rəvayət olunub:

“Oruclunun iftar vaxtı duası budur: “Allahım, Səndən hər şeyi əhatə edən rəhmətinlə günahlarımı bağışlamağını diləyirəm”.

Hənəfilərin iftar zamanı oxuduqları dua belədir:

“Allahım, sənin rizan üçün oruc tutdum, Sənə iman gətirdim, Sənə arxalandım, Sənin ruzinlə orucumu açıram. Ramazan ayının səhəri gününün orucuna da niyyət etdim. Artıq mənim keçmiş və gələcək günahlarımı bağışla”.

Şafiilərin fikrincə: “Allahım, sənin üçün oruc tutdum və sənin ruzinlə orucumu açıram”, – deyərək dua etmək müstəhəbdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!