Habil və Qabilin əhvalatı

Habil və Qabilin əhvalatı
Qadın və Din
10.09.2017 8
Habil və Qabil Adəm peyğəmbərin oğullarıdır. Qabil Habilə paxıllıq etdiyinə görə onu qətlə yetirdi. Bu, yer üzündə insanlar arasında baş verən ilk qətl hadisəsi idi. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Haqsız ye­rə qətlə yetirilən elə bir insan yoxdur ki, onun (axıdılmış) qanına görə (qa­za­nılmış günahdan) ilk Adəm oğluna bir pay çatmış olmasın. Çünki adam öldürməyin əsasını o qoymuşdur.” (əl-Buxari, 3335). Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur:
“Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: "Səni hökmən öldürəcəyəm!"
Qardaşı da ona belə demişdi: "Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur".
Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin.
O dedi: "Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?" Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar” (əl-Maidə, 27-32).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!