Doğru yolun misalı

Doğru yolun misalı
Qadın və Din
10.09.2017 7
Allah Elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Allah doğru yolu məsəl çəkir; yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir:
“Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolu­nuz­dan sapmayın!”
Yolun üzərində duran bir carçı isə hər dəfə insan o qapı­lardan birini açdıqda, belə deyir:
“Vay sənin halına, onu açma! Onu açsan, mütləq ora girəcəksən”. (Bundan sonra Allah Elçisi bunları açıqlaya­raq buyurdu:)
“Yol İslamdır, divarlar Allahın hüdudları, açıq qapılar Allahın haramları, yolun başında duran carçı Allahın Kitabı, yolun üzərində olan carçı isə Allahın hər bir mömin qulunun qəlbində olan nəsihətçisidir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!