Ramazan ayında gecələr ər-arvada seks üçün icazə var?

Ramazan ayında gecələr ər-arvada seks üçün icazə var?
Qadın və Din
10.09.2017 290
Sual: Ramazan ayında orucu açdıqdan (iftar) sonra ər-arvad arasında cinsi əlaqəyə icazə verilir? Yoxsa bu günahdır?

Cavab: Cinsi əlaqədə olmaq Ramazan ayında oruclu olduqda, yəni, imsak vaxtından iftar vaxtına qədər qadağandır. İftardan sonra isə imsak vaxtına qədər (qadın aybaşı halında deyilsə) ər-arvadın cinsi əlaqədə olmağı azaddır. Bunu bildirən Quran ayəsi aşağıdakı kimidir:

“Orucluq gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul etdi. İndi onlarla birləşə bilərsiniz. Allah sizin üçün nə yazıbsa, onu axtarın…”. (Bəqərə, 2/187)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!