İnsan bu dünyada qəribdir

İnsan bu dünyada qəribdir
Qadın və Din
10.09.2017 41
İnsan bu dünyada qəribdir, çünki onun əsl vətəni Cənnətdir. O Cənnət ki, Allah atamız Adəmi ora­dan bu dünyaya endirmişdir. Həmçinin, insan bu dünyada müsafirdir. Çünki, bu dünya müvəqqəti, Axirət isə əbədi məskəndir. Müsafir yola çıxdıqda özü ilə ona lazım olan azuqəni götürür. Odur ki, müvəqqəti məskəninizdən əbədi məskəniniz üçün tədarük edin.
“Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).
Abdullah ibn Ömər demişdir: “Bir dəfə Pey­ğəm­bər salləllahu aleyhi və səlləm mənim çiynimdən tutub dedi: “Dünyada qərib, yaxud müsafir kimi ol!” (Hədisi danışan ravilərdən biri) demişdir: “İbn Ömər deyərdi: “Axşama çıx­dı­ğın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman da axşamı gözləmə! Sağ­lam­lı­ğın­dan xəstəliyin üçün və həya­tın­dan vəfatın üçün tədarük et!” (əl-Buxari, 6416).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!