İmam Əli (ə) Müharibələrdə

İmam Əli (ə) Müharibələrdə
Qadın və Din
10.09.2017 29
Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir.

Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20-30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.

Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə Zülfüqar adlı ikiqıynaqlı qılıncıdan istifadə etmişdir. Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş və Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." demişdir. Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir. Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir. Əli 630-cu il Huneyn döyüşündə də Məhəmmədi müdafiə etmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!