Fatihə surəsini oxumağın fəzilətləri

Fatihə surəsini oxumağın fəzilətləri
Qadın və Din
10.09.2017 14
Nəql olunur ki, Həzrət Peyğəmbər (s) Cabir ibn Abdullaha buyurur: "Ey Cabir! Sənə, Allahın kitabında olan ən ali surəni öyrədimmi?". Cabir dedi: "Bəli, atam- anam sənə fəda olsun!". Həzrət (s) ona Kitabın anası olan "Həmd" surəsini öyrətdi. Sonra buyurdu: "Bu surə barədə sənə xəbər verimmi?". Dedi: "Bəli, atam-anam sənə fəda olsun". Buyurdu: "Bu surə, ölümdən başqa, hər bir dərdin dərmanıdır".

İbn Abbas Həzrət Peyğəmbərdən (s) nəql edir: "Hər şeyin bir əsası vardır. Quranın əsası "Fatihə" surəsidir. "Fatihə"nin əsası isə "Bismilləhir-Rahmənir-Rahimdir".
Başqa yerdə o Həzrətdən (s) nəql olunur ki, ""Fatihətul-kitab" (yəni "Kitabı açan") - hər dərdin şəfasıdır".

Həzrət Əmirəl-möminindən (ə) rəvayət olunur ki, "Allahın Rəsulu buyurmuşdur: "Allah-Təala mənə buyurdu: "Ey Muhəmməd! Həqiqətən sənə, "Fatihə" surəsi və əzəmətli Quran göndərdik". Mənə "Fatihətul-kitab" ilə xüsusi minnət qoymuşdur və onu Qurana bərabər qərar vermişdir". Həqiqətən "Fatihətul-kitab" - ərşin xəzinələrində ən şərəfli cövhərdir. Allah-Təala onu Muhəmmədə (s) məxsus etdi və onunla o Həzrəti (s) şərəfləndirdi".

Allah-Təala Süleyman peyğəmbərdən (ə) başqa heç bir peyğəmbəri bu surədə şərik etməmişdir. Süleyman peyğəmbərə "Fatihə" surəsindən "Bismilləhir-Rahmənir-Rahim"i bəxş etmişdir. Necə ki, Bilqeysdən hekayə olunur ki, dedi: "Mənə çox hörmətli bir məktub gəlmişdir ki, o, Süleyman tərəfindəndir, "Rəhman və mehriban Allahın adı ilə başlayır".

Beləliklə, Həzrət Muhəmməd (s) və ali-Muhəmmədin (ə) göstərişlərinə itaət edən, Quranın zahirinə və batininə iman gətirən kəsə, Allah-Təala Quranın hər bir hərfi üçün elə bir savab (həsənə) yazar ki, hər biri onun üçün dünyadan və onun içindəkilərdən üstün olar. Quranı qirəət edən qariyə qulaq asan kəsə, qariyə düşən payın 1/3 (üçdə biri) qismət olar. Buna görə, sizlərdən hər biriniz onun üçün təklif olunan bu xeri artırsın, çünki, bu bir qənimətdir. Məbada fürsəti əldən verəsiniz və onun həsrəti qəlblərinizdə qala".

İmam Sadiqdən (ə) rəvayət olunur ki, buyurur: "Əgər ölüyə 70 dəfə "Həmd" surəsini oxusalar və onun ruhu geri qayıtsa, təəcüblü bir iş olmaz".

Həzrət Peyğəmbərdən (s) nəql olunur: "Kim "Fatihə" surəsini qiraət etsə, ona Quranın 2/3-nin qiraətinin savabı verilər". Başqa bir rəvayətdə buyurulur: "Bütün Quranın qiraətinə bərabərdir".

Hüzeyfə ibn Yəmanidən rəvayət olunur ki, Həzrət Peygəmbər (s) buyurmuşdur: "Allah-Təala bir xalqa bəla göndərər. Sonra o xalqın uşaqlarından biri kitabda "Əlhəmdulillahi Rəbbil-aləmin"- oxuyar. Allah-Təala buna görə onların üzərindən 40 il əzabı götürər".

İbn Abbasdan nəql olunur ki, dedi: "Biz Peyğəmbərin yanında idik ki, bir mələk gəlib dedi: "Sənə müjdə verirəm, sənə bəxş edilən iki nur ilə ki, səndən qabaqkı peyğəmbərlərə verilməmişdir. O iki nur -"Fatihə" surəsi və "Bəqərə" surəsinin axırlarıdır. Onun bir hərfini oxuyan kəsin hacətini verərəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!