Körpələrə fitrə verilməlidir?

Körpələrə fitrə verilməlidir?
Qadın və Din
10.09.2017 16
[Dünyaya gəlcək körpəyə fitrə verilməlidir?

Hələ dünyaya gəlməmiş körpənin adına fitrə vermək vacib deyildir.

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”.[1] Ayrıca fitrə haqqında Peyğəmbərimizdən (s.a.s.) rəvayət edilən hədislərin bəzilərində “böyük-kiçik”, “varlı-kasıb” [2]əlavələri vardır. Hədisə əsasən kiçik uşaqların adına da fitrə sədəqəsi verilməlidir. Ancaq hələ doğulmamış uşağın adına fitrə vermək vacib deyildir. Bayram axşamı, günəş çıxmadan dünyaya gələn uşaq üçün fitrə sədəqəsi vermək isə vacibdir.

[1] Buxari, “Zəkat”, 70; Müslim, “Zəkat”, 4.

[2]Əbu Davud, “Zəkat”, 18.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!