Cümə namazına tələs!

Cümə namazına tələs!
Qadın və Din
10.09.2017 21
Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə, 9). Bu haqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir:
“Cümə namazını camaatla qılmaq hər bir müsəlmana vacibdir. Yalnız dörd qrup insan istisnadır: "Sahibi olan qul, qadın, uşaq və xəstə!” (Əbu Davud, 1067). "Cümə namazına getmək həddi-buluğa çatmış hər kəsə vacibdir". (ən-Nəsai, 3/ 89).
“İnsanlar cümə namazını tərk etməkdən çəkinsinlər. Əks təqdirdə Allah onların qəlblərini möhürləyər, sonra da onlar qafillərdən olarlar”. (Muslim, 2/ 591; İbn Macə, 1125).
“Kim tənbəllik səbəbilə cümə namazını üç dəfə tərk edərsə, Allah onun qəlbini möhürləyər”. (Əbu Davud, 1052).
Cümə namazının fəziləti
Cümə namazının fəziləti haqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:
“Allah dərgahında ən fəzilətli gün Cümə günüdür”. (əl-Beyhəqi “Şuabul-İman” 2783).
“Allah dərga­hında ən fəzilətli namaz Cümə günü camaatla qılınan Sübh nama­zıdır”. (Cəlaləddin əs-Suyuti “Cəmius-Sağir” 1273).
“Həqiqətən, Allah, günləri Qiyamət günü olduğu kimi gəti­rə­cək. Cümə gününü isə parlaq və nurlu halda gətirəcək. Gəlin bəzədilib bəyə təhvil verilirmiş kimi, Cümə əhli onu dövrəyə alacaqlar. Onlara işıq saçacaq və onun işığının ardınca gedəcəklər. Rəngləri buz kimi ağ olacaq, qoxuları müşk ətri verəcək, kəfur dağlarında gedəcəklər, ta Cənnətə girənə kimi insan və cinlər təəccübdən gözlərini onlardan çəkməyəcəklər. Onların toplumuna Allahdan savab uman müəzzinlərdən başqa heç kəs qarışa bilməyəcək”. (əl-Hakim, 1027; İbn Xuzeymə, 1730)
Cümə günü duaların qəbul olunduğu vaxt var
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman qul namazda həmin saatda Allahdan bir şey istə­yər­sə, şübhəsiz, Allah ona istədiyini verər”. Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi”. (Muslim, 852).
“(Duaların qəbul olunacağı) vaxtı axtarın! Ümid edilir ki, bu, Cümə günü Əsrdən sonra günəş batana qədər olan vaxtdadır”. (ət-Tirmizi, 489).
“Cümə günü on ikidir”- bununla o, saatı qəsd edirdi - “(həmin vaxtda) Uca Allaha dua edən elə bir müsəlman yoxdur ki, Uca Allah (dilədi­yini) ona verməsin. Siz (o vaxtı) Əsrdən sonra son saatda axtarın”. (Əbu Davud, 1048).
“Hər kim Cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saç­larını) yağlayar və ya evində olan ətir­lə ətirlənər, sonra (Cümə nama­zına) gedər və iki nəfərin arasına girib oturmaz, üstündən keç­mə­dən (bir tərəfə çəkilib Allahın) ona yazdığı qədər namaz qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, həmin Cümə ilə ötən Cümə arasında olan (kiçik günahları) bağışlanar”. (əl-Buxari, 883).
Cümə günü ölən barədə
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Cümə günü və ya Cümə gecəsi ölən elə bir müsəlman yoxdur ki, Allah onu qəbir fitnəsindən qorumasın”. (ət-Tirmizi, 1074).
Cümə günü deyilən salavat
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Hər Cümə günü mənə çox salavat deyin! Həqiqətən, hər Cümə günü ümmətimin salavatı mənə bildirilir. Kimin mənə dediyi salavatı daha çox olarsa, (Qiyamət günü) o, mənə daha yaxın mərtəbədə olacaq”. (əl-Beyhəqi, 5791).
“Cümə günü mənə çoxlu salavat deyin! Həqiqətən, Cəbrail indicə Uca Rəbbi­min dər­ga­­hından yanıma gəlib Allahın belə dediyini çatdırdı: “Yer üzə­rin­də sənə bir dəfə salavat deyən elə bir müsəlman yoxdur ki, Mən və mələk­lə­rim ona on dəfə salavat etməyək”. (əl-Munziri, 2568).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!