İmam Əli(Ə)-ın İslam missiyası

İmam Əli(Ə)-ın İslam missiyası
Qadın və Din
10.09.2017 21
610-cu ildən Məhəmmədə Quran nazil olmağa başlamışdır. Nazil olan surə və ayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zaman İslam Ərəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni bir İslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildə Məhəmmədin əmri ilə Məhəmm'dlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildə Məhəmmədin əmrilə Məkkədə Quranın ərəb politeistlərindən bəhs edən ayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildə Məkkənin fəthi zamanı Məhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. Əli Məscidül-Həramı İslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olan tanrı bütlərini sındırmışdır. 1 il sonra Əli İslamı təbliğ etmək üçün Məhəmməd tərəfindən Yəmənə göndərilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!