Ən zəif

Ən zəif
Qadın və Din
10.09.2017 12
Allah dostlarından İbrahimdhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir cavab vermir. Təlxək də “Nə qəribə adamdır bu, vurduqca vurdurur, əzdikcə əz dirir” – deyə heyrətlənir. İbrahim Ədhəm:
– Səndən bir şey soruşmaq istəyirəm – deyir.
Təlxək:
– Soruş.
İbrahim Ədhəm:
– Gəmidə bu qədər adamın içində ələ salmağa, alçaltmağa layiq təkcə məni gördün?
– Bəli, təkcə səni gördüm!
İbrahim Ədhəm başını yuxarı qaldırır: “Ya Rəbb, sənə şükürlər olsun, – deyir, sonra da üzünü təlxəyə tutub əlavə edir, – sənə də təşəkkür edirəm. Bu cahanda insanları güldürdüyün kimi Allah da axirətdə səni
İnsan kiməsə nəsə verəndə həmin adamın ehtiyacını nəzərə alır. Ən zəifə, ən möhtaca ən çox verilir. İbrahim Ədhəm bununla “Allahım, bu təlxək də şahiddir ki, Sənə ən möhtac qullardan biriyəm. Ən yoxsul, ən həqir insan Sultanından sonsuz lütf diləyir” demək istəyir.

“Hikmət Dənizi” hekayə kitabındanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!