İspaniyalı xanım İmam Rzanın (ə) hərəmində müsəlman oldu

İspaniyalı xanım İmam Rzanın (ə) hərəmində müsəlman oldu
Qadın və Din
10.09.2017 15
Kəramət ongünlüyünün keçirildiyi günlərdə bir ispaniyalı xanım Rəzəvi Qüds ostanında İslam dinini qəbul edərək, müsəlman olub.

Müqəddəs Rəzəvi məscidində kəramət ongünlüyü tədbirlərinin xəbər mərkəzinin bildirdiyinə əsasən, İspaniya vətəndaşı xanım Kristiana Hernandez Rəzəvi məscidində kəlimeyi-şəhadəti dilə gətirərək, İslam dinini qəbul edib.

İslam dini ilə şərəfləndikdən sonra, özünə Mərziyyə adını seçən ispaniyalı xanım, İslam dinini niyə qəbul etdiyini belə açıqlayıb: "Mən bundan təxminən bir il əvvəl bir Quran hədiyyə almışdım. Quranı oxuyaraq, məndə çox gözəl hisslər yaranmağa başladı. Bu məsələ isə mənim İslam dininə maraq göstərməyimə və bu din ilə bağlı araşdırma aparmağıma səbəb oldu".

O, İslam dini və məsum İmamların (ə) həyatı ilə bağlı ciddi araşdırmalar aparmasından sonra, İslam dinini seçməyə qərar verdiyini qeyd edib: "Mən Kərbəlaya getmək və İmam Hüseyni (ə) yaxından ziyarət etməyi arzu edirəm. Çünki mən Kərbəla hadisəsi ilə bağlı araşdırma aparmışam və bu səbəblə yaxından oranı ziyarət etmək istəyirəm".

İspaniyalı xanım açıqlamasının davamında, müsəlman olması səbəbilə çox xoşbəxt olduğunu qeyd edərək, vətəninə qayıtdıqdan sonra İslam dinini təbliği edib yoldaşlarını İslam dini ilə tanış edəcəyini söyləyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!