İbratamiz hekayə

İbratamiz hekayə
Qadın və Din
10.09.2017 23
Həzrəti Əli axşama qədər işləmiş,axşam olunca da dəvəsinə bir çuval xurma yükləyib evinə qayıdırdı.
Dəvənin noxtası köməkçisi Qəmbərin əlində idi.Özü də qabaqda gedirdi.Mədinəyə girəndə yolun kənarından bir səs gəldi.Yoxsul bir adam əlini açıb dilənirdi:"Nə olar,Allah rizası üçün,"-deyirdi.
Həzrəti Əli Qəmbərdən soruşdu:

-Qəmbər,nə istəyir bu yoxsul?
- Xurma istəyir,ağam.
- Elə isə ver.
-Xurma çuvaldadır,ağam.
-Elə isə çuvalla birlikdə ver.
-Çuval dəvənin üstündədir.
-Elə isə dəvə ilə birlikdə ver.
Əmri yerinə yetirən Qəmbər rəvayət edir:"Dəvənin ipi də mənim əlimdə"deməkdən qorxdum.O qədər səxavətli idi ki,fikirləşdim,məni də dəvə ilə birlikdə yoxsula verər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!