Dənizdə və ya çayda qüsl almaq olarmı?

Dənizdə və ya çayda qüsl almaq olarmı?
Qadın və Din
10.09.2017 4
Qüslün iki növü var. Tərtibi adlanan qüsldə bədən üzvləri ardıcıl olaraq (baş-boyun, sonra sağ tərəf, daha sonra sol tərəf) yuyulur.

İrtimasi qüsldə isə bütün bədən birdəfəyə yuyulur. Bunun üçün əvvəlcə "irtimasi filan qüsl (məsələn, irtimasi cənabət qüslü) alıram, qürbətən iləllah" deyə niyyət etmək lazımdır. Sonra suyun altına baş vuraraq, suyun dibinə təkan verib azacıq yuxarı atılmaq lazımdır. Elə etmək lazımdır ki, bir anda bütün bədən suyun altında qalsın və su bütün bədəni (saçlardan tutmuş ayaqların altına kimi) bir anda əhatə etsin. Qolları da ayaqları da aralı tutmaq lazımdır ki, tam islansın. Bu cür ani qüsl almağa irtimasi qüsl deyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!