Həccə gedə bilmirəmsə nə edim?

Həccə gedə bilmirəmsə nə edim?
Qadın və Din
10.09.2017 36
Həcc – möhtəşəm bir ibadətdir və Peyğəmbərimizin buyurduğu kimi ‘Allah tərəfindən qəbul olunmuş həcc’in mükafatı yalnız Cənnətdir’. Müxtəlif simvolik əməlləri özündə cəm edən bu ibadət, böyük bir mənəvi məktəbdir..

Müxtəlif səbəblərdən dolayı həccə gedə bilməyən insana gəlincə.. Bu mübarək günlərin savablarından məhrum qalmamaq üçün nə etməlidir? Dahi alim İbn Rəcəb belə buyurmuşdur:

“Kim (həcc ziyarəti zamanı) Ərafada dayana bilmirsə.. Allahın qoyduğu hüdudlarda dayansın. Yəni, haramları, günahları, kiminləsə mübahisə etməyi tərk etsin.

Kim (həcc ziyarəti zamanı) Muzdəlifədə gecə keçirə bilmirsə, Allaha yaxınlaşmaq, Ona yaxın olmaq üçün itaətli bir gecə keçirsin. Yəni, gecə namazları qılsın, dualar etsin, Allahı çoxlu zikr etsin.

Kim (həcc ziyarətində) Minada qurban kəsə bilmirsə, məqsədinə çatmaq üçün öz şəhvətini qurban gətirsin. Yəni, özünü haramlardan və günahlardan qorusun, zinaya aparan yollardan özünü uzaqlaşdırsın.

Həmçinin, kim uzaq olduğuna görə Kəbəyə gedə bilmirsə, qoy Kəbənin Rəbbinə doğru üz tutsun, çünki O, şah damarından daha yaxındır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!