Ad günü keçirmək günahdırmı?

Ad günü keçirmək günahdırmı?
Qadın və Din
10.09.2017 22
Qadinlar.Biz islam.az-a istinadən bildirir ki, ad günü keçirmək günah deyil. Bunu haram hesab edən, hətta müqəddəs şəxslərin mövlud mərasimini qeyd etməyi pis bidət sayan qüvvələr səhv düşünürlər. Amma ad günü keçirərkən bəzi qaydalara riayət etmək gərəkdir. Əvvəla, ad günü insanı təkəbbürə salmamalıdır. Əgər kimsə qohumları və dostları bir araya yığmaq, onlarla görüşmək, siley-rəhim etmək niyyəti ilə ad günü keçirirsə, bunu təqdirəlayiq hal hesab etməliyik. Yox, əgər kimsə özünü göstərmək, hədiyyə toplamaq, haram üsullarla əylənmək üçün ad günü keçirirsə, əlbəttə, günah edir. İkincisi, ad günü məlislərində israfa yol vermək, hədsiz təmtəraqlı süfrə açmaq olmaz. Üçüncüsü, məclis haramdan uzaq şəkildə keçirilməlidir. Süfrədə halal yeməklər olmalı, haram qida və içkilərdən çəkinməli, naməhrəmlik şərtləri gözlənməlidir. Əgər bu qaydalara riayət edilərsə, ad günü keçirmək icazəlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!