Övladını dinimizə uyğun şəkildə tərbiyə etmək istəyirsən?

Övladını dinimizə uyğun şəkildə tərbiyə etmək istəyirsən?
Qadın və Din
10.09.2017 13
Övladının saçını darayanda, ona xəbər ver ki, peyğəmbərimiz (ona salam olsun) belə buyurmuşdur: “Saçı olan, ona xidmət eləsin..” (Sahih Cami, 6493)

Övladına ətir vuranda ona xəbər ver ki, peyğəmbərimiz bunu çox sevərdi.
O (ona salam olsun) buyurmuşdur: “Dünyanızdan mənə ətir və qadınlar sevdirildi. Namaz isə, gözümün nuru edildi.” (Mişkətu Məsabih, 5189)

Övladını məktəbə apararkən, ona xəbər ver ki, Həzrəti Məhəmməd belə buyurmuşdur: “Kim elm yolunu tutarsa, Allah cənnətə gedən yolları onun üçün asanlaşdırar”. (Sahih Muslim, 2699)

Övladının üzünə təbəssüm elədikdə, ona xəbər ver ki, əziz peyğəmbərimiz belə buyurmuşdur: “(Din) qardaşının üzünə təbəssüm etmən – sədəqədir”. (Sahih Cami 2908)

Övladını təriflədikdə ona xəbər ver ki, Allahın elçisi (ona salam olsun) belə buyurmuşdur: “Gözəl söz demək -sədəqədir”. (Sahih İbn Hibban, 472)

Övladına öz yeməyindən ikram etdikdə, ona xəbər ver ki, peyğəmbərimiz belə buyurmuşdur: “Öz qabından, qardaşının qabına su tökməyin – sədəqədir”. (Sahih Cami, 2908)

Böyüklərin məclisində olanda övladından, onlara hörmət etməsini tələb et və ona başa sal ki, biz bununla öz peyğəmbərimizin (ona salam olsun) tövsiyyəsinə əməl edirik. O, belə buyurmuşdur: “Kiçiklərimizə rəhm etməyən və böyüklərimizə hörmət etməyən bizdən deyildir!”. (Sahih Tirmizi, 1919)

Müəllif: Muhəmməd Bəzmulскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!