"Qorxuram ki, nə qədər ibadət etsəm də, cəhənnəmə düşəcəyəm..."

Qadın və Din
10.09.2017 18
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Allah buyurur: "Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram". (ət-Tirmizi, 3540).
Qadinlar.Biz zikr.az-a istinadən bildirir ki, müsəlman qorxu və ümidlə yaşamalıdır. Qorxmalıdır ki, cəzalanar. Ümid etməlidir ki, bağışlanacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ölüm ayağında olan bir gəncin yanına daxil oldu və ondan soruşdu: "Özünü necə hiss edirsən?" Gənc dedi: "Vallahi, ey Allahın Elçisi! Mən Allaha ümid edirəm və günahlarımdan qorxuram". Allah Elçisi (ona Allahın salavatı və salamı olsun)​ belə buyurdu: "Belə bir vaxtda qulun qəlbində bu iki şey birləşsə, Allah ona umid etdiyini verər və qorxduğundan da əmin edər". (ət-Tirmizi, 983). Kimin Cənnətə və ya Cəhənnəmə düşməyini Allahdan başqa heç kəs bilməz. Allah barəsində gözəl zəndə olmaq lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Uca Allah belə buyurdu: "Mən qulumun barəmdəki zənni yanındayam. Mənə dua etdikdə, Mən onun yanında oluram". (əl-Buxari "Ədbul-Mufrad" 616). Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim, Cənnət, 81). Ona görə siz Allaha ümid edin, Ona təvəkkül edin. Uca Allah buyurur: "Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir" (əl-Bəqərə, 173)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!