Bir nəfərin yanında qeybət danışılarsa, nə etməlidir?

Bir nəfərin yanında qeybət danışılarsa, nə etməlidir?
Qadın və Din
10.09.2017 30
Qeybət dinimizdə ən çox məzəmmət olunan günahlardan biridir. Qeybəti danışmaq günah olduğu kimi, onu razılıqla dinləmək və ona şərik olmaq da günah sayılır. Yanında qeybət edilən adam, əgər imkanı varsa, qeybət edən şəxsi danlamalı (təhqir etmədən) və nəsihət verməlidir.

Yaxud söhbəti dəyişdirib qeybət mövzusundan yayındırmalıdır. Əgər bunlar alınmırsa, o halda qeybət olunan məclisdən uzaqlaşmalıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim bir məclisdə öz din qardaşının qeybətinin danışıldığını eşitsə və qeybəti rədd etsə (yəni onu müdafiə etsə), Allah dünya və axirətdə min cür şər-bəlanı ondan uzaqlaşdırar" (Mən la yəhzuruh əl-fəqih, 4-cü cild, səh. 15).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!