Oruc tutanlar bu xəbəri oxusun!

Oruc tutanlar bu xəbəri oxusun!
Qadın və Din
10.09.2017 16
Küləkli yağışlı havalardan sonra yayın ən isti günlərində oruc tutulacağı və sahurdan 16-17 saat sonra iftar ediləcəyini nəzərə alaraq Müqəddəs ayda savab qazanmaq istərkən xəstələnməməyiniz üçün sizə dəyərli məsləhətləri təqdim edirik...
Gün boyu olan aclığınızı, susuzluğunuzu əvəz edə bilmək və mədənizi artıq yükləməmək üçün iftar süfrəsində yediyiniz yeməklərə və qəbul olunan suyun miqdarına diqqət yetirmək lazımdır.Bu Ramzaa boyunca yemək yeyə bildiyimiz zaman 7-8 saat cəkəcək. Bu müddət ərzində qida qəbulunu 3-4 dəfəyə ayırmaq lazımdır.Əks halda qəbzlik, bağırsaqlarda aşırı qaz, ani təzyiq yüksəlməsi kimi çətinliklərlə rastlaşa bilərsiniz.Necə bəslənməli?Bədəninizin tarazlığını pozmamaq üçün iftara xurma ve zeytunla başladıqdan sonra 1-2 stəkan su içilməlidir. Su, bütün bədənin itirdiyi suyu əvəz etmək və doyumluq hissini artırmaq üçündür. Ramazan boyunca 2 ana yemək (iftar və sahur), iftardan sonra da, mütləq 2 ara yemək (yüngül qida, meyvə və s.) hazırlanmalıdır.Başlanğıcda sulu yemək ən uyğun qidadır.Sup içildikdən 10-15 dəqiqə sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla 3 - 4 qaşıq düyü ,makaron yeyə bilərsiniz.Az, amma qısa aralar verməklə 3-4 dəfə yeyinSahura qalxmayan zaman immunitet zəifləyir və axşam güclü qida qəbulu piylənmə yarada bilər.Bu səbəbdən sahura qalxmaq yüngül ama tox tutan sağlam qidalar yemək, gün içərisində mürgüləmə, yersiz əsəbilik, baş ağrısı, halsızlıq kimi halları azaldacaq.Su qəbuluna diqqət Yetişgin bir insan gün ərzində ən azı 1.5 – 2 litr (10-12 stekan) su içməlidir. Qazlı sular isə mədə rahatsızlığına və qida qəbulunu artıracağına görə məsləhət görülmür.İftar zamanı yeməklə birlikdə çay və qəhvə içmək yeməklərdən alınan vitamini öldürəcəyindən, yalnız iftardan 1 – 2 saat sonra içməniz məsləhətdir.Mədə və immunitet sistemini rahatlatması üçün meyvə,meyvə çayları,şəkərsiz təbii içəcəklər (meyvə dilimləri ilə evdə hazırlaya bilırsiniz) və ayran da içə bilərsiniz.Yağlı yeməklərdən uzaq durunYeməklərdə heyvan mənşəli yağlardan, aşırı duzdan, hər növ qızartmadan qaçmaq lazımdır.Ət yeməklərində mümkün qədər sulu yağlardan və ağ ətdən istifadə etmək məsləhətdir.İftardan sonra hərəkət etməyi, mümkün qədər təmiz havada gəzməyi unutmayın…ALLAH orucunuzu qəbul Eləsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!