Analıq və Hamiləlik: Hamiləlik dövründə əməl olunan qaydalar

Analıq və Hamiləlik: Hamiləlik dövründə əməl olunan qaydalar
Qadın və Din
10.09.2017 26
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
 
1. 40 gün “Aşura-2” ziyarət-ni oxuyub İmam Hüseyn (ə)-a qatilinə 100 dəfə lənət və o Həzrətin özünə övladlarına, köməkçilərinə 100 dəfə salam göndərmək. (Məfatihul Cinan səh., 934-174) Və “Əlqəmə” ziyarətnaməsini oxumaq. (Möminlərin şəfası səh. 102)

2. 40 gün “Yasin” surəsini oxuyub nara üfürdükdən sonra yemək.

3. 40 gün “Yasin” surəsini oxuyub almaya üfürdükdən sonra yemək. Yaşıl bərk alma

4. 40 gün Təvəssül duası oxumaq

5. 40 gün “Camieyi-kəbirə” ziyarətnaməsi oxumaq (Məfatihul-cinan səh., 1129)

6. 40 gün “Ali-Yasin” ziyarətnaməsini oxumaq.

7. 40 cümə axşamı gecəsi “Kumeyl duasını oxumaq” 4-cü günlər axşam

8. 40 gün Nübdə duası (məfatihul cinan səh., 1077

9. 40 cümə günü axşamçağı Simat duasını oxumaq. (məfatihul-cinan səh., 237)

10. 40 gecə yatmazdan əvvəl “Hədid”, “Təğabun”, “Cümə” və “Səff” surələrini oxumaq. (“Hədid” səh., 542, “Təğabun” – səh., 560, “Cümə” səh., 558, “Səff” səh., 556.)

11. Hər namazdan sonra, həmçinin hər gecə yatarkən Həzrəti Fatimeyi Zəhra (s.ə)-ın təsbihini demək.

12. Aşağısı 40 gecə namazı qılmaq.

13. 40 cümə günü cümə qüsulu almaq.

14. 40 dəfə “Hədisi-Kisa”-nı və İmam Zaman (ə.f) ziyarətnamsəini oxumaq. (möminlərin-şəfası səh., 239,182,1060)

15. 40 gün səhər çağı 12 dəfə “Bismillah” deməklə 12 ədəd kişmiş yemək.

16. 40 gün sübh namazından sonra “Əhd” duasını oxumaq.

17. Yedinci aydan sonra təsbih ilə başlayan beş Surəni tilavat etmək. ( Hədid, Həsir, Təğabun, Cəmə, Səff)

18. Həmişə dəstəmazlı olmaq.

19. Gecələr yaxşı olar ki, güzgüyə baxılmaya.

20. İstər böyük, istər kiçik günahlardan çəkinmək.

21. Təmkinli olub heç vaxt əsəsbləşməmək.

22. Körpə dünyaya gələrkən sağ qulağına azan, sol qulağına isə iqamə deyilir.

23. Uşağın adını ruh daxil olmamışdan əvvəl (4 ay 10 günündən əvvəl) qoymaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!