Ər-arvadın ağıl və atifəsi (emosional xüsusiyyəti)

Ər-arvadın ağıl və atifəsi (emosional xüsusiyyəti)
Qadın və Din
10.09.2017 22
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
 Qeyd olunan ayədən məlum olduğu kimi, kişilərin ailədə hakim olmalarının bir neçə dəlili vardır ki, onlardan biri də kişilərin yüksək fikir və düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə (emosianal xüsusiyyətə) malik olmasıdır. Fikir və düşüncə tələb edən qayğılar kişinin, məhəbbət və mehribanlıq rəftarı isə qadınların öhdəsinədir.
Evdarlıq, ailə qayğıları, eləcə də uşaqların təlim-tərbiyəsində məhəbbət və mehribanlığın rolu böyükdür. Fitrət və yaranış xüsusiyyətinə görə bu cür vəzifələr doğrudan da qadının rəftar, istedad, təbiət və bacarığı ilə münasibdir, bir halda ki, kişilər bu vəzifələri yerinə yetirməyin öhdəsindən, fitrətləri qadın fitrət və təbiətindən fərqli olduğu üçün gələ bilmirlər.
Kişinin vücudu uşaq saxlamaq və ya evdarlıq işləri üçün yaranmamışdır. Kişidə yüksək fikir və düşüncə qabiliyyətinin olması onun fitrət və təbiətinin ağır ictimai işlərlə münasibliyindən doğur.


IslamaDogru.Bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!