Həmişə onunla olmağa çalış

Həmişə onunla olmağa çalış
Qadın və Din
10.09.2017 12
 
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
1. Etdiyin ibadətə güvənmə. Bəlkə də bu güvənmə sənə Rəbbini unutdurar.

2. Hər iki aləmi də içindən at. Onlar istəyənlərə qalsın. Sən aləmlərin Rəbbi ilə ol.

3. Allahdan yol istə. Doğru yola ən yaxşı yönəldən odur. Ona güvən, O sənin üçün ən yaxşı vəkil olar.

4. Allaha dost olmaq, parlaq bir nurdur. İnsanlara maraq göstərmə yıxıcı bir kədərdir.

5. Ruzinin xeyirlisi yetəcək qədər olan, zikrin xeyirlisi qəlbdən gələndir.

6. Bir şeyə etina etdiyin qədər ona nail olarsan.

7. Bir bəndəyə Allah qəzəblənərsə, başqalarının ona xeyiri olmaz. Allahın razı olduğu kəslərdən hər kəs məmnun olar.

8. Ölüm qorxulu bir körpüdür, amma dostu Dosta qovuşdurur.

9. Bəndəyə lazım olan sabah nədən sorğuya çəkiləcəksə, onunla məşğul olmaqdır.

10. Özünü qorumağı bil və bu adəti özünə yoldaş et.

11. Hər soruşacağın sualın cavabını əvvəlcədən hazırla, amma verəcəyin cavab doğru olmalıdır.

12. Vəfalı olmaq istəsən, heç kimsəyə cəfa etmə. Gözəl olmaq istəsən haram işləri tərk et.

13. Yalqız qaldığın zaman Allahın qadağan etdiyi işlərdən çəkin ki, dua etsən məqbul olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!