Heyva mürəbbəsi hazırlamaq resepti

Heyva mürəbbəsi hazırlamaq resepti
Dadlı Reseptlər
07.11.2017 1 897
Ərzaqlar:
1 kq heyva
1 kq şəkər tozu
1,5 st su

Hazırlanması:
Heyvanı təmizləyib yuyub doğrayırıq. Doğranmış heyvaları təmiz yuyub üstünə qaynar su töküb 5 dəqiqə saxlayırıq. Bu vaxt bütün heyvaları suya salırıq ki, qarası getsin ağarsın.
Su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qoyuruq. Şəkər əriməyə başlayanda heyvanı sudan çıxarıb tökürük. Astaca qarışdırırıq. Bütün meyvə və giləmeyvələrdən fərqli olaraq heyvanın kəfi çıxmır. Mürəbbəni asta qarışdırırıq ki, hər tərəfi eyni bişsin. Qaşığı qaldırıb suyu az ağırlaşmaq istəyəndə götürürük. Heyva mürəbbəmiz hazırdı.
Mürəbbə soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!