Badımcan turşusu

Badımcan turşusu
Dadlı Reseptlər
10.09.2017 84
Vəsaitlər:
Xırda nazik badımcan
Sarımsaq
Keşniş
Şüyüd
Nanə

Reyhan
Duz
Şərab sirkəsi

Hazırlanması:
Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərtiylə qarışdırın, duz əlavə edin. Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. 0,5 saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2,3 dəq qaynadın. Badımcanlar nə bərk, nə yumuşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlayırsız. Hazırlanmış iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.
1,5 aya badımcanlar yetişir.

Nuş olsun! :11:  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!