Gilas kompotu

Gilas kompotu
Dadlı Reseptlər
10.09.2017 296
Tərkibi:
Gilas 250 q
Şəkər 120 q

Şərab 20 q
Limon turşusu 0,8 q
Su 4 stəkan 

Hazırlanma qaydası:
Gilas meyvələri yuyulub, çəyirdəyi təmizlənir. Suda şəkər həll edilib meyvələr əlavə edilir. 6-8 dəqiqəyə qədər bişirilir.
Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar.
Zərif gilas sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur. 
 
Nuş olsun! :11:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!