Heyva şirəsi

Heyva şirəsi
Dadlı Reseptlər
10.09.2017 15
Hər şeydən əvvəl deyək ki, heyva şirəsini şəkər əlavə etmək şərti ilə heyvanın turşaşirin növlərindən hazırlamaq lazımdır. Buna görə də, ilk növbədə, heyvanı təmizləyib yuyun. Yuduqdan sonra isə doğrayın. Unutmayın ki, heyvanı nazik dilimlər şəklində doğramaq məsləhətdir. Heyvanı doğradıqdan sonra üzərinə su tökün (hər 1 kq heyvaya 2 stəkan) və yumşalana qədər bişirin.
Əvvəlcə xırda gözlü, sonra da irigözlü süzgəcdən keçirin. Alınmış heyva püresini 1:1 nisbətində 30%-lik şəkər şərbəti (700 ml su, 300 q şəkər) ilə qarışdırın. Başqa sözlə 1 l heyva püresinə 1 l 30%-lik şəkər şərbəti əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra 80 dərəcə selsiyə qədər qızdırın. Yeri gəlmişkən deyək ki, yarım litirlik şüşə qabları qaynayan suda 25 dəqiqə, litirlik qabları 35 dəqiqə, üç litirlik şüşə qabları isə 60 dəqiqə pasterizə etmək lazımdır.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!