Qırmızı bibər turşusu resepti

Qırmızı bibər turşusu resepti
Dadlı Reseptlər
10.09.2017 194
Tərkibi:

2 kq. qırmızı bibər

1 baş sarımsaq

1 su stəkanı sirkə

1 çay stəkanı limon suyu

1 çay stəkanı duru yağ

Kifayət qədər turşu duzu

1 çay qaşığı limon duzu



Hazırlanması:

Qırmızı bibərləri yuyub qurulayın.

Yağlı kağız sərilmiş soba nimçəsinə qırmızı bibərləri düzün.

Sobada qabıqları yumuşayana qədər saxlayın.

Sobadan aldığımız bibərləri soyub, ortadan ikiyə bölüb toxumlarını təmizləyin.

Sarımsaqları əzin, sirkə, yağ, limon suyu, duz, və limon duzunu bir qaba alıb yaxşıca qarışdıraq.

Çuxur bir qaba əgər qışlıq edirsinizsə şüşə qaba 1 qat qırmızı bibər üzərini örtəcək qədər hazırlanan sirkəli qarışığı tökərək vəsait bitənə qədər qat-qat eyni əməliyyatı aparaq.

Qışlıq olan qabın üzərinə duru yağ töküb ağzını möhkəmcə bağlayaq.

1 həftə sonra açıb yeyə bilərsiniz!



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!