Orta şəkərli türk qəhvəsi tərifi

Orta şəkərli türk qəhvəsi tərifi
Dadlı Reseptlər
10.09.2017 12
Türk qəhvəsi – yalnız türklər tərəfindən hazırlanan, özünə xas bişirmə
və təqdimetmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyəndə ağıla ilk
gələn köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə "telvə”
deyirlər), qəhvədan və fincandır.



Tarixi:

Türk qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan
İstanbula gətirilib və zamanla Osmanlılardan Avropaya keçib. Avropada
qəhvə uzun müddət Türk qəhvəsi adıyla təqdim olunub. Türk mədəniyyətinə
xas güğüm yəni səhəng və qəhvədanlarda bişirildiyi üçün yaddaşlara Türk
qəhvəsi kimi düşüb. O dövrdə qəhvələr hazırlanan xüsusi məkanlar açılıb
və bunun sayəsində bütün dünya türk qəhvəsi ilə tanış olub.



Hazırlanması:

Türk qəhvəsi istəyə görə, sadə, az şəkərli, orta şəkərli və çox şəkərli
olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq
fincan qədər su götürülür. Həmin su qəhvədana tökülür və dərhal qəhvə
ilə qarışdırılır. Bir adama orta şəkərli qəhvə hazırlamaq üçün bir
fincan soyuq su, iki çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana
əlavə olunur və vam oda qoyulur. Suyun üstündəki qəhvə dibinə
çökməlidir. Yaxşıca qarışdırılıb, bişirilir. Qarışımın üzərində köpük
meydana gəlməyə başlayanda, bir qismi soyuq olmayan fincana boşaldılır.
Daha sonra qəhvə təkrar köpüklənənə kimi bişirilir. Qəhvəni servis
edəndə yanında bir stəkan su verilir. İçməzdən öncə bir qurtum adi su
alınır. Qəhvəni içərkən, lazım olarsa soyuq sudan da istifadə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!