Şaftalı nektarı resepti

Şaftalı nektarı resepti
Dadlı Reseptlər
10.09.2017 33
Tərkibi:
7 kq tumu çıxarılmış şaftalı
2-3 kq şəkər tozu
Su
Hazırlanması:
Öncə şaftalıların tumları çıxarılır. Tumu çıxarılandan sonra çəkisi 7 kq olmalıdır.
Üstünə çıxana kimi su töküb pörtlədirik.
Sonra sudan çıxarıb aşsüzəndən keçiririk. Suyunu saxlayırıq.
Daha sonra ələkdən keçiririk.
Ələkdən keçirdikdən sonra saftalıları pörtlətdiyimiz suyu üzərinə tökürük və səkər tozunu əlavə edib qaynamağa qoyuruq.
Bir qədər güclü atəşdə qaynatdıqdan sonra dadına baxırıq.
Əgər şirinliyi zövqünüzə uyğun deyilsə, bir az da şəkər əlavə edirik və isti-isti şüşə qablara yığıb ağzını möhkəm bağlayırıq.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!