Cənnət alması mürəbbəsi

Cənnət alması mürəbbəsi
Dadlı Reseptlər
10.09.2017 53
Tərkibi:

1 kq cənnət alması

1,3 kq şəkər (əgər mürəbbəni turşməzə istəyirsiniz, onda şəkəri az qoyun)

1 stəkan su



Hazırlanması:

Cənnət alması – çox faydalı meyvədir, onlar turşdurlar, amma mürəbbərsi çox ləzzətli olur.

Almaların saplaqlarını saxlayaraq, yaxşı yuyun. Çəngəllə deşin.

Şəkər və sudan sirop hazırlayın və kənara qoyun.

Qazana su töküb qoyun qaynamağa. Su qaynayan kimi almaları suya töküb 5 dəq. qaynadın.

Mən çox qaynaddım, onun üçün almalar "partladı” (qabıqları soyuldu). Amma tamı korlanmadı.

Almalar qaynayandan sonra onları süsgəcə tökün. Almaları qazana yığıb üstə siropu əlavə edin. 8 saat saxlayın.

Mən axşam hazırlayırdım, onun üçün bütün gecəni saxladım.

Səhər qazanı orta oda qoydum. Mürəbbə 7 dəq qaynamalıdır.

Qazanı odun üstündən gətirib 6-7 saatlıg kənara qoyun (axşamadək).

Qaynayarkən ehtiyatla qarışdırın, üzə çıxan almalar dibə enməlidirlər.

Axşam mürəbbəni odun üstünə qoyub yavaş-yavaş qaynara çatdırın. 5-10 dəq qaynadın.

Mürəbbə onda hazırdır ki, almalar kəhraba rəngini alsınlar, şirəsi isə – açıq çəhrayi.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!