Lobya turşusu resepti

Lobya turşusu resepti
Dadlı Reseptlər
10.09.2017 31
Tərkibi:

1 ədəd 3 kg-lıq bir qab

2 kg təzə lobya

4 ədəd yaşıl uzunsov bibər

4 diş sarımsaq

1 su stəkanı yemək duzu

4 su stəkanı su

1 çay stəkanı sirkə



Hazırlanması:

Lobyaları yuyub təmizləyin. Bir az su əlavə edərək çox yüngülcə çox yumşatmadan qaynadın, suyunu süzüb soyudun. Qabın içinə əvvəl lobyaların  bir qisimini yerləşdirin. 1 ədəd uzunsov bibər və 1 diş sarımsaq qoyun. Təkrarən lobya yerləşdirin. Bu şəkildə düzərək vəsaitləri bitirin. 4 su stəkanı qaynadılıb soyudulmuş suyun içində 1 su stəkan yemək duzunu əridin. 1 çay stəkanı sirkəni də qarışdırın.

Hazırladığınız bu qarışığı turşunun üzərinə tökün. Üzərinə bir ağırlıq qoyaraq lobyaların sirkənin içindən çıxmasına maneə törədin. Qabın qapağını möhkəmcə bağlayaraq 15-20 gün gözlədin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!