Qoz mürəbbəsi resepti

Qoz mürəbbəsi resepti
Dadlı Reseptlər
10.09.2017 23
Tərkibi:

yaşıl qoz - 1 kq.

şəkər tozu - 1,5 kq. (50 ədəd qoza 1 kq şəkər tozu)

limon turşusu - 3 ç.q.

mixək və ya hil - zövqə görə

darçın - zövqə görə



Hazırlanması:

Qoz mürəbbəsi üçün yaşıl, tər, iç qabığı südlü və incə olan qoz tələb olunur.



1. Qozların üst qabığını təmizləyin.

2. Üzərinə çıxana kimi su töküb 3-4 gün saxlayın. Gündə 4 dəfə suyu dəyişin.

3. Suyu süzüb hər qozu bir neçə yerdən deşin. Qozları əhəngli suda 3 gün saxlayın. Gündə 4-5 dəfə qarışdırın.

4. Axar su altında yaxşıca yuyun. Yuyulmuş qozları 3 gün soyuq suda saxlayın. (gündə 3-4 dəfə suyu dəyişin)

5. 15 dəqiqə qaynadın.

6. Çıxarıb yenidən qaynayan əhəngli suya (1 x.q. əhəng, üzərinə çıxana kimi su) atın. 10 dəqiqə bişirin.

7. 1 stəkan şəkər tozundan şərbət hazırlayın.

8. Qozları qaynayan şərbətə atıb 30 dəqiqə qaynadın.

9. Yeni şərbət hazırlayıb qozları daha 30 dəqiqə qaynadın. Səhərə kimi şərbətdə saxlayın.

10. Səhəri gün mürəbbəni hazır olana kimi bişirin. Hazır olub-olmaması qozun üzərindəki parıltıyla müəyyən olunur. (üzərinə lak çəkilmiş kimi olmalıdır)

11. Tam hazır olmasına 20 dəqiqə qalmış limon turşusu, darçın, mixək və ya hil əlavə edin.

12. 20 gün qaranlıqda saxlayın.



Əhəngli su:

100 qr. qoza 500 qr. söndürülmüş əhəng tələb olunur. Əhəngi 3 l. suda həll edib 3-4 saat saxlayın. Şəffaf suyu tənzifdən süzün.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!