Marinə edilmiş badımcan resepti - FOTO RESEPT

Marinə edilmiş badımcan resepti - FOTO RESEPT
Dadlı Reseptlər
10.09.2017 18
Tərkibi:

Badımcan

Yerkökü

Soğan

Göy soğan

Bolqar bibəri

Şəkər tozu

Duz

İstiot

Keşniş toxumu

Yağ

Su

Sirkə

Dəfnə yarpağı



[/b]Hazırlanması:

İri qazanda suya duz töküb qaynamağa qoyun.

[/center]



Bu müddətdə badımcanları uzunasına ortadan yarın.

[center]




Badımcanları
qaynayan suya tökün, qazanın qapağını örtün, rəngini dəyişib yumşalanda
çıxarın. Buna təxminən 5-10 dəqiqə vaxt gedəcək (badımcanların
qədərindən asılıdır).

[/center]



Badımcanları sudan çıxarıb maili səth üzərinə düzün.

[center]




Üzərinə bir lövhə və yük qoyun, suyunun tam axmasını gözləyin.

[/center]



Bu müddətdə yerkökünü saman kimi doğrayın.

[center]




Baş soğanı, göy soğanı, bolqar bibərini və sarımsağı da xırdalayın.

[/center]



Ədviyyatları unutmayın.

[center]




Qara
dənəvər istiot, dəfnə yarpağı, ağ dənəvər istiot əlavə etməklə marinad
bişirin. 1 litr suya 1 x.q. şəkər tozu və turşaşirin dad verəcək qədər
sirkə əlavə edin. Sonra suyun hər litrinə 1 x.q. duz əlavə edin.



Bitki yağında soğanı qızılı rəng alanadək qovurun. Keşniş toxumu əlavə edin.

[/center]



Göy soğan və bolqar bibəri əlavə edib qarışdırın.

[center]




Dərhal da sarımsaq, ədviyyat və göyərti qurularını əlavə edib qarışdırın.

[/center]



Yerkökünü, təzə göyərtini əlavə edin, tavanı ocaqdan götürüb qarışdırın.

[center]




Badımcanları, hazırladığınız tərəvəzləri, badımcanı və marinə edəcəyiniz qabı yanaşı qoyun.

[/center]



Əgər badımcanlar sulu qalıbsa, əlinizlə sıxın.

[center]




Bişirdiyiniz tərəvəz qarışığını badımcanların içinə doldurun.

[/center]



Lap çox doldurmaq lazım deyil.

[center]




Badımcanları mümkün olduğu qədər sıx-sıx qaba düzün, üzərinə qaynar marinadı tökün.

[/center]



Badımcanları basa-basa yığın ki, marinad üstünü tam örtsün.

[center]




Bu
qabı bir həftə otaqda saxlayın. Sonra dadına baxın. Xoşunuza gəldisə,
qabı soyuq yerə qoymaq olar. Amma ağzını bərk bağlayın və diqqət edin
ki, marinad badımcanların üzərini tam örtsün.













[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!