Pomidorlu acı bibər turşusu və acılı əzmə resepti - FOTO RESEPT

Pomidorlu acı bibər turşusu və acılı əzmə resepti - FOTO RESEPT
Dadlı Reseptlər
10.09.2017 29
Tərkibi:

Turşu üçün:

2 kq pomidor

600 qr. rəngli bibəri

1-2 baş sarımsaq (seçimə bağlı)

1-2 stəkan sirkə

1-2 stəkan zeytunyağı

1 Dəstə cəfəri

Duz

İstifadə edilməmiş qab və qapaq



[/b]Acılı əzmə üçün:

2 kq. pomidor

200-250 qr rəngli bibəri

6-8 ədəd qırmızı bibər

1-2 baş sarımsaq (seçimə bağlı)

1-2 stəkan sirkə

1-2 stəkan zeytunyağı

1 Dəstə cəfəri

Duz

İstifadə edilməmiş qab və qapaq



Hazırlanması:

Bu
turşunu 2 fərqli şəkildə etdim. Birində bibərləri bütöv, digərində
halqa şəklində doğrayaraq istifadə etdim. Nə şəkildə yeməyi
seçirsinizsə siz də ona görə edə bilərsiniz. Bibərləri bütün olaraq
istifadə edəcəksinizsə saplarını qısaldın. Əgər doğrayacaqsınızsa
saplarını tamamilə kəsin. Qablarınızı və qapaqları yuyun və yaxşıca
qurulayın. Mən turşular üçün 1000 ml-lik qab istifadə etdim. Siz
istəsəniz hamısını götürəcək şəkildə tək bir qab da istifadə edə
bilərsiniz.



Bütün
və ya doğranmış bibər variantı üçün; pomidorların və sarımsaqların
qabıqlarını soyaraq rəndələyin və ya mətbəx robotundan keçirin. Püre
halına gələn pomidor və sarımsaqlara zeytun yağı, sirkə və bir miqdarda
duz əlavə edin və yaxşıca qarışdırın. Duzunu dadına baxaraq nizamlasanız
daha yaxşı olar. O səbəblə ölçü vermədim. Qablarınızı bir qat bibər
(bütün və ya halqa halqa doğranmış) bir qat pomidorlu qarışıqdan əlavə
edərək ağızında cəfəri üçün bir miqdar yer buraxaraq doldurun.

[/center]

Qabların
ən üstünə cəfəri qoyun və qapaqlarını möhkəmcə bağlayaraq tərsinə
çevirin. Cəfərini istəsəniz doğrayaraq pomidorlu qarışığa da qarışdıra
bilərsiniz. Tərs çevirdiyiniz qablarınızı 5-6 saat bu şəkildə
gözlətdikdən sonra soyuducuya qoyun. Təxminən 3-4 həftə sonra
turşularınız hazır olacaq.



Əzmə
üçün pomidorları və sarımsaqları soyun. rəngli bibərlərin saplarını
kəsin. Qırmızı bibərlərin saplarını kəsin və içini çıxarın.
[center]



Bütün vəsaitləri robotdan keçirin. Zetun yağı, sirkəni və duzunu əlavə edin. Yaxşıca qarışdırın və qablara doldurun.

[/center]

Qapaqlarını
möhkəmcə bağlayaraq tərsinə çevirin. 5-6 saat bu şəkildə gözlətdikdən
sonra soyuducuya qoyun. Təxminən 3-4 həftə sonra əzməniz hazır olacaq.



[center]





[b]
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!