Mojito kokteyli resepti

Mojito kokteyli resepti
Dadlı Reseptlər
10.09.2017 59
Tərkibi:

2 ç/q şəkər tozu

6-8 ədəd nanə yarpağı

qazlı su

1 yaşıl limon ( başqa adı laym)

100 qr rom (rom- spirtli içkidi)



Qeyd: spirtli içki içməyənlər romsuz da hazırlaya bilər



Hazırlanması:

1.
Böyük bir kokteyl stəkanına şəkər və nanə yarpaqlarını qoyun.



2. Üzərinə bir az qazlı su tökün.



3. Şəkərin əriməsi və nanənin dadı çıxması üçün toxmaqla yaxşı əzin.



4.
Limonun 2/3 hissəsini stəkana sıxın.



5.
1/3 hissəsini stəkanın içinə qoyun.



6. Rom əlavə edin.



7. Hamısını yaxşı qarışdırın.



8. Stəkanın içini buz parçalariyla doldurun.



9.
Stəkan dolana kimi qazlı su tökün.



10. Sonda nanə ilə kokteyli bəzəyə bilərsiniz.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!