Pina kolada kokteyli resepti

Pina kolada kokteyli resepti
Dadlı Reseptlər
10.09.2017 6
Tərkibi:

50 ml ağ rom

100 ml ananas şirəsi

50 ml kokos şirəsi

3-4 kubik buz

20 ml qaymaq

Bəzəmək üçün: ananas dilimləri, albalı dənəsi.



Hazırlanması:

 

 
 Əslində ispancadan bu kokteylin adı "Pinya kolada" kimi tələffüz edilir, lakin həm rus, həm türk, həmdə bizim dildə bu kokteylin tələffüzü pinakolada kimi dilimizə bağlanıb.



Tarixi boyu pina kolada təkcə ananas şirəsi kimi tanınmışdır. Sonralar tərkibinə spirtli içki olan rom əlavə edilmişdir. Və XX-ci əsrin ortalarında Puerto Riko barlarının birində, hazırda bildiyimiz "Pina Colada" kokteylin resepti tanınmış və tezliklə böyük populyarlıq qazanmışdır.



Hazırlanması çox sadədir.



Yuxarıda sadalanan inqredientləri və buz parçalarını blender və ya şeykerlə yaxşıca qarışdırıb, bokala tökmək. Sonra bokalı ananas dilimi və albalı ilə bəzəyə bilərsiniz. Kokteylin dadı dahada ləzzətli olması üçün, bokalın əvəzinə içərisi təmizlənmiş ananasdan da istifadə edə bilərsiniz.



- Ananas şirəsi, kokos şirəsi və rom.



Spirtli içki qəbul etməyənlər reseptdən romu çixara bilərlər. Bu halda kokteylin dadı heçdə dəyişmir.
 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!