Zoğal kompotu resepti

Zoğal kompotu resepti
Dadlı Reseptlər
10.09.2017 35
Tərkibi:

Bir ədəd 2 litrlik banka üçün:

1 kq zoğal

2 stəkan şəkər tozu

1 ədəd metalik banka qapağı

banka bağlayan açar

qaynar su ilə dolu çaynik

sterilizə etmək üçün qazan



Hazırlanması:



1. İnqredientlər hazırlanır.

2. İlk olaraq zoğal təmiz yuyulur. Sonra təmiz 2 litrlik banka götürülür və qaynar su ilə yaxalanır.

3. Zoğalı bankaya töküb üzərinə şəkər tozu əlavə edilir.

4. Qaynar suyu bankanın ortasına qədər töküb, bankanı sirkələyirik ki şəkər tozu həll edilsin.

5. Qaynar su ilə banka tam doldurulur.

 6. Bir qazanda sterilizə etmək üçün su qaynadılır. Qaynar suyun dibinə parça qoyulur, onunda üzərinə banka yerləşdirilir. Orada banka 12 dəqiqə qalıb sterilizə olunur.

7. Sonra ehtiyyatla banka qazandan çıxarılıb, qapağı banka bağlayan açarla bağlanılır.

8. Bankanı qapağı üzərinə çevirib soyumağa saxlayırıq. Əgər dibində həll edilməmiş şəkər qalarsa, yüngülcə bankanı sirkələmək gərəkdir.

9. Kompot tam soyuyandan sonra çevirilir. Beləliklə zoğal kompotu hazırdır, qalır yalnız soyuqların və ya hər hansı tədbirin gəlməsi ki, kompotu açıb yayın dadını yada salasınız.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!