Ağızda əriyən qəhvəli krem resepti

Ağızda əriyən qəhvəli krem resepti
Dadlı Reseptlər
10.09.2017 8
Tərkibi:

200 ml qəhvə (250 ml suya 3 ç.q. qəhvə)

3 yumurtanın sarısı

150 q şəkər tozu

10 q (2 ç.q.) jelatin

300 ml 33-35%-li qaymaq



Hazırlanması:

Jelatini 100 ml soyuq suda isladıb, qablaşdırmada göstərilən müddət qədər suda saxlayın.

Yumurta sarısını şəkərlə qarışdırın. "Su hamamı"na qoyun, şəkər tozu tam əriyənə qədər qızdırın. Qəhvə əlavə edib qarışdırın. Jelatin əlavə edin. Jelatin əriyənədək qızdırmağa davam edin. Ocaqdan götürüb soyudun.

Qaymağı çalın. Onu soyumuş qəhvə kütləsi ilə qarışdırın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!