Gilənarlı qəhvə kokteyli resepti

Gilənarlı qəhvə kokteyli resepti
Dadlı Reseptlər
10.09.2017 46
Tərkibi (1 pay):
100 ml qəhvə
40 ml gilənar şirəsi
2 ç.q. qəhvəyi şəkər tozu
1 x.q. çalınmış qaymaq
1 x.q. dondurma
buz
Bəzək üçün:
tünd şokolad
gilənar
Hazırlanması:
Cəzvədə, yaxud qəhvə kombaynında qəhvə bişirin.
Şəkər tozu əlavə edib qarışdırın, soyudun.
Gilənar şirəsi turşdursa, şəkər tozunu bir qədər artıq edə bilərsiniz.
Kokteyl üçün badəni yarısınadək buz parçaları ilə doldurun.
Gilənar şirəsi və qəhvəni badəyə süzün.
Üzərinə çalınmış qaymaq qoyun.
Dondurma qoyun, tünd şokolad yonqarı səpib gilənarla bəzəyin.
Kokteyl çöpü ilə içmək daha rahatdır.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!