Yumurta marinadı resepti

Yumurta marinadı resepti
Dadlı Reseptlər
10.09.2017 36
Tərkibi:
8 yumurta
2 soğan
60 q şəkər tozu
60 q duz
1 x.q. xardal toxumu
1 x.q. zirə
1 x.q. dənəvər qara istiot
3 ardıc giləmeyvəsi
2 ədəd acı istiot
1 dəfnə yarpağı
200 ml bəyaz şərab sirkəsi
1 dəstə cəfəri
1 dəstə şüyüd
1/2 dəstə tərxun
1 şərid limon sedrası
Hazırlanması:
Soğanı təmizləmədən yarı bölün. Quru, qaynar tavada kəsik tərəfini qızaranadək qovurun (yağsız).
1,3 l su, soğan, şəkər tozu, duz, sirkə və ədviyyatla marinad bişirin. Duz və şəkər əriyəndən sonra vam odda 5 dəqiqə qaynadın. Ocaqdan götürün, soyudun.
Göyərtini yuyub qurudun. Suda bərk bişirilmiş yumurtanı təmizləyin. Bir bankaya yumurtaları, göyərtini, limon sedrasını yığın, soyudulmuş marinadı üstünə tökün. Bankanın qapağını bağlayın. Bir sutka saxlayın. Bir həftədən çox saxlamayın.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!