Badam südünün resepti

Badam südünün resepti
Dadlı Reseptlər
10.09.2017 10
Tərkibi:
1 su stəkanı çiy badam
5 su stəkanı içmə suyu
Hazırlanması:
Gecədən suda gözlətdiyiniz badamları, qabıqlarının asanca soyulması üçün isti suyun içinə qoyub 5 dəq. qədər gözlədin.
Qabıqlarını soyduqdan sonra yaxşıca yuyun.
4 su stəkanı su ilə mətbəxt robotuna qoyub, əvvəl yavaş dövrdə, sonra sürətli dövrdə tamamilə ağlaşıb üstü köpükləşənə qədər təxminən 1-2 dəq. qarışdırın.
Sonra süzgəc vasitəsiylə süzün.
Badam südünüzü bir az duz və şəkər tozuyla dadlandıra bilər, ya da heç dadlandırmadan sadə içə bilərsiniz.
Bütün bitki mənşəli südlər kimi badam südünü də bütün südlü şirinlərdə, keks və tortlarda, süd tələb edən bütün reseptlərdə inək südü yerinə istifadə edə bilərsiniz.
Süzgəcimizdə südü süzərkən qalan artıqları da keks və peçenyelərdə istifadə etmək olar.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!