Tərəvəz və meyvə qurutma

Tərəvəz və meyvə qurutma
Dadlı Reseptlər
10.09.2017 7
Qurutma, meyvə və tərəvəzlərdə olan yüzdə 80-95 nisbətindəki suyun yüzdə 10-20 nisbətinə salınaraq uzun müddət saxlanmalarını təmin edilməsi əməliyyatıdır. Bu əməliyyatla içlərindəki su nisbəti azalan tərəvəz və meyvələrin şəkər nisbətləri yüksələr və dayanıqlılıqları artar. Meyvələr arasında qurutmağa ən əlverişli olaraq, alma, armud, vişnə, ərik, ərik, üzüm; tərəvəzlər arsında bibər, paxla, badımcan və balqabağı; göyərtilər arasında isə nanə, kəklikotu və bibəriyyəni saya bilərik. Tərəvəz və meyvələri açıq havada, sobada və qurutma qablarında quruda bilərsiniz.

Açıq havada qurutma isə günəşdə və kölgədə olmaq üzrə iki şəkildə edilə bilər. Qurudulacaq tərəvəz və meyvələrin qurutmağa uyğun formada olmasına (kal ya da çox dəymiş olmamasına) diqqət yetirmək lazımdır. Daha sonra içlərindəki yarpaq, zibil, sap, daş kimi xarici maddələr ayırd edilib yuyunmalıdır. Qurutma əməliyyatı ediləcək tərəvəz və meyvələr xəsarət almamaları üçün çırpılaraq deyil əllə yığılmalıdır. Bütün və dilimlənmiş tərəvəz və meyvələri ayrı-ayrı qurutmaq lazımdır. Açıq havada qurutma ediləcəksə qurudulacaq tərəvəz və meyvələr birbaşa torpağa sərilməməlidir. Tərəvəz və meyvələr açıq havada qurudulduqdan sonra daha dayanıqlı olmaları və qurdlanmamaları üçün aşağı istilikli sobada (75-100 dərəcə) 10-15 dəqiqə tutula bilər.



Pomidor xaricindəki tərəvəzlər isti və kölgə yerlərdə, pomidor və meyvələr isə günəşdə qurudular. Qurutma əməliyyatı nə qədər uzun davam etsə qidan itkisi də çox olacağından qurutma üçün ən isti mövsüm seçilməlidir. Qurudulmuş yeməklər, 10 dərəcənin altındakı istiliklərdə şüşə, və şirli qablarda saxlana bilər. Qurudulmuş yeməklər təzələrinə nisbətlə daha tez bişər. Bunları istifadə etmədən əvvəl 1-2 saat isti suda gözlətmək ya da yarım saat müddətlə qaynatmaq lazımdır.



Sobada pomidor qurutma: Kiçik və ətli pomidorları ikiyə bölüb içlərini çıxarın. Sobanın qızartmasına düzüb 60-70 dərəcəlik sobada 6-7 saat qurudun. Soyuduqdan sonra qablara qoyub quru bir yerdə saxlayın.



Nanə və kəklikotu qurutma: Nanə və kəklikotunu yarpaq-yarpaq ayırıb yuyun. Daha sonra təmiz bir bezin üzərinə sərib günəşə qoyun. Gecə nəmlik olmaması üçün bağlı yerdə saxlayaraq rəngləri dəyişənə qədər bu əməliyyatı davam etdirin.

Tərəvəz və meyvə qurutma



Alma qurutma: Qurutmaq üçün ağ ətli və sərt toxumalı almaları seçib yuyun. Daha sonra soyub, iç hissələrini çıxarın və dilimləyin. Qararmamaları üçün duzlu suda 5 dəqiqə gözlədin. İpə düzərək ya da bir bez üzərində günəşdə qurudun. Sobada qurutma əməliyyatı isə, 65-70 dərəcədə almaları 8-10 saat gözlədərək edilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!