Kartof salatı konservi resepti

Kartof salatı konservi resepti
Dadlı Reseptlər
10.09.2017 11
"Qızardılmış kartofu qışa saxlamağın nə mənası var ki?" - bəziləri soruşa bilərlər. İşdən yorğun gəlib xörək hazırlamağa həvəsi olmayanlar, yaxud uzaq yola nə götürəcəyini fikirləşənlər üçün isə bu resept göydəndüşmədir.



Tərkibi:

3 kq kartof

500 q baş soğan

500 q bitki yağı

30 q 9%-li sirkə

30 q şəkər tozu

30 q duz

ədviyyat (zövqə görə)



Hazırlanması:

Soğanı xırda doğrayıb vam odda 10 dəqiqə yağda qovurun. Duz, şəkər tozu, sirkə əlavə edib qarışdırın.



Kartofu kubik doğrayın. Soğanla qarışdırın, zövqə görə ədviyyat əlavə edib vam odda arada qarışdıraraq 1 saat bişirin.



Qaynar salatı sterilizə edilmiş bankalara yığın, qaynadılmış qapaqları ağzına qoyun, bankaları 15 dəqiqə sterilizə edin, sonra qapaqlarını bağlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!