Sarıqlı badımcan resepti

Sarıqlı badımcan resepti
Dadlı Reseptlər
10.09.2017 23
Tərkibi: (3 nəfərlik)

Badımcan - 3 ədəd

Yerkökü - 2 əd

Sarımsaq - 2 diş

Cəfəri - yarım dəstə

Bitki yağı - 3 x.q.

duz - 1x.q.



Duzlu su üçün:

Su - 450 qr

Duz - 1 x.q.

Sirkə 9% - 10 ml

Dəfnə yarpağı - 2 ədəd

Qara istiot- zövqə görə



Hazırlanması:

Badımcanları yuyuruq, saplağını təmizləyirik. Badımcanları iki yerə bölüb duzlu suda 30 dəqiqə saxlayırıq.

Sonra üstünə ağır bir əşya qoyub 1 saat gözləyirik ki, acısı çıxsın.

Yerkökünü sürtkəcdən keçirib bitki yağında vam odda 10 dəqiqə qızarmadan bişiririk.

Sarımsaq təmizlənir, sürtkəcdən keçirilir və yerkökünü üzərinə əlavə edilir. Sonra cəfəri də əlavə olunur.

Bişirdiyimiz qarışığı badımcanın bir layının üzərinə əlavə edir, badımcanın ikinci layını da üstünə qoyub sapla sarıyırıq ki, açılmasın.

Qazanda su qoyuruq qaynamağa, içərisinə dəfnə yarpağı, sirkə və qara istiot əlavə edib 2 dəqiqə qaynadırıq.

Sonra isə sarıqlı badımcanları suya əlavə edib, üzərinə doğranmış cəfəri və sarımsaq əlavə edib yenidən üstünə ağır bir əşya qoyub 3 gün saxlayırıq.

3 gündən sonra sarıqlı badımcanlarımızı dada bilərsiniz...



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!