Böyürtkən mürəbbə resepti

Böyürtkən mürəbbə resepti
Dadlı Reseptlər
10.09.2017 26
Böyürtkən meyvəsi, Allahın bizə bəxş etdiyi saysız-hesabsız nemətlər içərisində, orqanizmə çox faydalı olan giləmeyvələrdən biridir... Giləmeyvənin sidikqovucu, yüksək təzyiqi salıcı, göz zəifliyini aradan qaldırıcı və ağız yolları iltihablarını yaxşılaşdırıcı xüsusiyyəti vardır... Özünü xoşbəxt hiss etmək istəyən hər kəsə bu giləmeyvəni təklif edirik. Cəmiyyət içində sevinə bilməyən, davamlı böhranda olan, gülməyi və xoşbəxt olmağı unutmuş çox sayda insana böyürtkəni daddırın. Daimi olaraq qəbul edərsə, bir müddət sonra xoşbəxt olmağa və sevinməyə başladıqlarını görəcəksiniz. Onun üçün sevinmək, şənlənmək ehtiyacı duyan hər kəs böyürtkən yeməlidir. Bundan başqa yaşlı insanlarda "Parkinson" adı verilən yaddaş itkisi narahatlığının da qarşısını almağa təsir edir. Bu giləmeyvənin faydasından bütün il boyu istifadə etmək istəyirsinizsə, sizə "Böyürtkən mürəbbəsi"-nin reseptini veririk...

 

Tərkibi:

 - 1 kq. böyürtkən

- 750 qr. şəkər tozu

- 2-3 damcı limon suyu

 

Hazırlanması:

Əvvəlcə böyürtkənləri bol su ilə yuyuruq və suyunun süzgəcin köməyi ilə süzülməsini gözləyirik. Böyürtkənləri bir qaba yığıb şəkər tozu əlavə edərək bir gecə saxlayırıq. Sonrakı gün aşağı odda qarışdırmadan bişiririk. Üzərinə köpük yığıldıqda taxta qaşıqla təmizləyirik. Oddan götürdükdən sonra 2-3 damcı limon suyu əlavə edirik. İlınana qədər gözləyib, şüşə qablara (banka) doldururuq. Yaxşıca soyuduqdan sonra qabın ağzını möhkəm bağlayıb sərin bir yerdə saxlayırıq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!