Qlintveyn resepti

Qlintveyn resepti
Dadlı Reseptlər
10.09.2017 14
Tərkibi:

750 ml qırmızı şərab

1 portağal

5 mixək

1/4 ç.q. muskat cevizi

1 budaq darçın (yaxud 0.5 ç.q. üyüdülmüş darçın)

1 ç.q. üyüdülmüş zəncəfil

2-3 x.q. şəkər tozu



Hazırlanması:

Soyuq qış axşamlarında qızınmaq üçün qonaqlarınıza bu içkini təklif edə bilərsiniz. Göstərilən ərzaqlardan əlavə, bal, alma, kişmiş, ədviyyat qismində cirə, istiot və hil də əlavə edə bilərsiniz.



Qazançanın içində mixək, muskat cevizi, darçın və zəncəfili qarışdırın. 100 ml su əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. 10 dəqiqə saxlayın. Sonra süzün.

Portağalı halqa doğrayın.

Qazançaya şərab tökün, ədviyyat dəmləməsini və şəkər tozu əlavə edin. Sonra portağalı əlavə edin. Qaynara düşmək istəyəndə götürün. Qəti surətdə qaynatmayın.

Süfrəyə isti-isti verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!