Qış üçün qovrulmuş bibər resepti

Qış üçün qovrulmuş bibər resepti
Dadlı Reseptlər
10.09.2017 22
Tərkibi:

750 q bibər

1 ç.q. duz

1,5 x.q. şəkər tozu

1,5 x.q. sirkə

4-5 diş sarımsaq

1 əd. dəfnə yarpağı

4-5 dənəvər istiot

qızartmaq üçün bitki yağı



Hazırlanması:

İlk növbədə marinad hazırlayın. 0,5 l suya duz, şəkər tozu, ədviyyat töküb qaynadın, sonra sirkə əlavə edib götürün.



Bibəri yuyub qurulayın. Sonra saplağını kəsmədən bitki yağında hərtərəfli qızardın.



Bankaları sterilizə edin. İçinə bibərləri aralarına sarımsaq qoya-qoya düzün, üzərinə marinad tökün. Bankaları 15 dəqiqə qaynadın. Bağlayın.



Soyuq yerdə saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!