Manjo-qış üçün bolqar salat resepti

Manjo-qış üçün bolqar salat resepti
Dadlı Reseptlər
10.09.2017 35
Tərkibi:

3 kq-pamidor

2 kq-badımcan

3-4 baş soğan

0,5 kq kök

1 kq şirin və rəngli bibər,2 dənə də acı bibər(zövqə görə)

1 baş sarımsaq

200 qr bitki yağı

100 sirkə

100 qr –duz

100 qr-şəkər tozu

Qırmızı və qara üyüdülmüş istiot



Hazırlanması:

Əvvəl pamidor maşından keçirilir, sonra badımcandan və şirin bibərlərdən başqa bütün tərəvəzlər maşından keçirilir. Pamidora əlavə olunur və qaynamağa qoyulur. Sonra isə badımcan həlqəvi, bibərlər isə nazik doğranaraq bişən tərəvəzlərin üzərinə əlavə olunur. Hamsı birlikdə qaynara düşəndən sonra bir saat bişirilir. Bişmə zamanı sirkə, bitki yağı, duz və şəkər əlavə olunur. Bişənə yaxın isə qırmızı və qara istiot səpilir. Əvvəlcədən sterilizə edilmiş bankalara yığılır və bankaların ağzı kip bağlanıaraq ağzüstə isti bir ədyalın üzərinə yığılır. Bankaların üstü örtülür və bir gün belə saxlanılır.

Buyurun, qış üçün Manjo bolqar salatımız hazırdır, ağız şirinliyi ilə!



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!